Zaqatalada intihar edən qızın bir ay sonra toyu olacaqdı — FOTO

KRİMİNAL 31 iyl 2019, 20:39

Zaqatalanın Əliabad qəsəbəsində özünü asan 17 yaşlı Gülər İsmayılovanın intihar səbəbi naməlum olaraq qalır.


Hadisə yerində olan Oxu.Az-ın bölgə müxbirinə ailənin yaxınları qızın həyatı ilə bağlı bəzi məlumatlar veriblər.


Onların sözlərinə görə, G.İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə aşkarlanıb. 


O, bir müddət öncə Əliabad qəsəbəsində yaşayan oğlanla nişanlanıb. Onların bir ay sonra toyu olacaqdı.


Əmisioğlu Zaur İsmayılov ailədə bu günə qədər hər hansı problem yaşanmadığını bildirir. G.İsmayılovanın atası Rusiya Federasiyasında işləyir. O, anası, özündən bir yaş böyük bacısı və azyaşlı qardaşı ilə qəsəbədə yaşayıb.


İsmayılovlar ailəsinin qohumu, həm də qonşusu olan Fatma Həsənova bildirib ki, Gülər çox şən, mehriban qız olub. Onun canına qıyması bütün qəsəbə sakinlərini şoka salıb.


Hazırda faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top