Batumidə kütləvi dava — Azərbaycanlılar bıçaqlandı

Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.


Demokrat.az report-a istinadən xəbər verir ki, Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.


Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Onlar xəstəxanaya çatdırılıb.


Həkimlərin bildirdiyinə görə, onlarından ikisinin vəziyyəti sabit, digərinin vəziyyəti isə nisbətən ağırdır.


Qarşıdurmanın səbəbi hələ məlum deyil.


Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

31 İyul 2019, 14:34   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß