Murtuza Muxtarovun Mərdəkandakı viran qalmış bağı — FOTOLAR

SOSİAL 31 iyl 2019, 12:04

Bura Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazidir. Milyonçu Murtuza Muxtarovun bağıdır. Siz bağın vəziyyətinə baxın, uçuq-sökük tikililər, təmizlənməyən hovuzlar, arxlar…

 

Məşhur quyu da baxımsız vəziyyətdədir. Bağın giriş hissəsini səliqəli etməklə işlərini bitmiş hesab edirlər. Bəs bu qədər vəsait hara gedir? Bağa giriş böyüklər üçün 2, məktəblilər üçün isə 1 manatdır. Yay aylarında, xüsusilə də şənbə-bazar günləri orada növbələr yaranır.


Ödənişi nəğd şəkildə qəbul edirlər, amma çek vermirlər, biletəoxşayan kiçik kağız parçasını turnikedə toxundururlar, keçirsən, vəssalam. 


Müvafiq dövlət qurumları bu əraziyə diqqəti gücləndirməlidirlər, mənimsəmə varsa, dərhal aradan qaldırılmalıdır.

Xatırladaq ki, 2015-ci ildə Hesablama Palatası Dendrologiya İnstitutunda maliyyə əməliyyatlarında qanuna zidd əməllər və dövlət vəsaitindən qeyri-qanuni istifadə halları aşkarlayıb.


Dendrologiya institutu tərəfindən 22,9 min manat büdcəyə bərpa olunub. Baş mühasibə şiddətli töhmət verilib və axırıncı xəbərdarlıq edilib, direktor müavininə və baş mühəndisə isə töhmət verilib.


İnstitut 2018-ci ildə də cərimələnib.(Ekofakt)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top