Bu rayon və qəsəbələrə qazın verilişi dayandırıldı

SOSİAL 31 iyl 2019, 14:15

Qaz İxrac İdarəsinin balansında olan bir neçə magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar bəzi rayonlarda qazın verilişi dayandırılıb. 


Demokrat.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. 


Bildirilib ki, 30 iyul axşam saat 19:00-dan etibarən 31 iyul saat 19:00-dək Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarının bir hissəsində, eləcə də 30 iyuldan işlər başa çatanadək Bərdə, Tərtər, Ağdam, Yevlax rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.


Bundan başqa, bu gün saat 11:00-dan 13:00-dək qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyni adlı qurğularla əvəz olunması ilə bağlı Sabunçu rayonu üzrə bir qrup abonentin qaz təchizatı dayandırılacaq. 


Eyni zamanda, saat 11:00-dan sazlama işləri ilə bağlı Xəzər rayonu, Binə, Qala qəsəbələrində, Qaradağ rayonu, Ələt qəsəbəsində də bir qrup sakinin qaz təchizatı dayandırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top