Sabah bu ərazilərdə qaz olmayacaq

SOSİAL 30 iyl 2019, 23:09

Sabah səhər saat 09.00-dan etibarən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Samux rayonunun bir qəsəbə və 11 kəndində qaz təchizatı dayandırılacaq.

 

"Azəriqaz"dan Demokrat.az-a verilən məlumata görə, saat 10.00-dan işlər yekunlaşana qədər qaz xətlərinə qoşulma, qaz xətlərinin yerinin dəyişdirilməsi və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar olaraq Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Sabunçu rayonu, Maştağa qəsəbəsi Nizami küçəsində və Bağlar massivində, Abşeron rayonu, Xırdalan şəhərində, Masazır, Ceyranbatan və Saray qəsəbələrində, eləcə də Pirallahı Yeni qəsəbə ərazisində bir qrup istehlakçının, Ağstafa rayonunda isə 11 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq. 

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top