Kosta-Rikanın Azərbaycandakı səfirliyi 2 il əvvəl açıldı - 2 gün sonra bağlanır

SİYASƏT 30 iyl 2019, 19:42

Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.

 

Avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.

 

Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu məsələni şərh edərək bildirib: "Beynəlxalq təcrübəyə uyğun olaraq, hər hansı ölkədə səfirlik/diplomatik nümayəndəlik açmaq və ya bağlamaq qərarı dövlətlərin suveren hüququdur".

 

Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi. (“Report”)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top