“Oğlum aprel döyüşlərində iştirak etdi ki, Paşinyan onu həbsə atsın?” — Erməni əsgər anasından ETİRAZ

DÜNYA 30 iyl 2019, 15:03

“Oğlum aprel hərbi əməliyyatlarında əliyalın döyüşlər aparıb ki, Paşinyan onu aparıb həbsə atsın?”.


Demokrat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın İcevan rayonunda baş verən hadisələr zamanı həbs edilən, aprel döyüşlərinin iştirakçısı olmuş əsgərin anası deyib. 


O, oğlunun meşə hadisələri, nümayişçilərlə heç bir əlaqəsinin olmadığını, təsadüfən orda dayandığını və polisin onu yalan yerə ittiham edərək həbs etdiyindən şikayətlənir. 


Qadın, 23 yaşlı oğlu Tatul Dolyanın ordudan yeni qayıtdığını, meşədəki odun məsələsi ilə heç bir əlaqəsinin olmadığını ifadə edir.(ordu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top