YAP-çı deputat erməni ilə mərcləşib kürü üzərək keçib

MARAQLI 30 iyl 2019, 14:44

YAP İcra Katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə son günlər demək olar ki, hər gün suda adam batması ilə bağlı gənclərə müraciət edib.


Demokrat.az deputatın facebook səhifəsinə istinadən müraciətin mətnini oxuculara təqdim edir:


"Son günlər demək olar ki, hər gün suda adam batması ilə bağlı xəbərlər eşidirik. Ən dəhşətlisi isə insanlarımızın qrup halında batmasıdır.


Bu xəbərlər hamı kimi mənim də ürəyimi ağrıdır.


Mən Mingəçevirdə Kür çayı qırağında böyümüşəm. Uşaq vaxtlarından üzmək öyrənmişəm, bütün üzgüçülük növlərini bilirəm. İlk dəfə12 yaşında Kürü üzüb keçmişəm, 13 yaşımda isə bir erməni ilə mərc gəlib Kürü o taya keçib o dəqiqə də geri üzmüşəm.


İndi də pis üzmürəm. Amma bütün bunlara baxmayaraq sudan qorxuram. Çünki, su zarafatı və ehtiyatsızlığı heç zaman bağışlamır.


Suda batan insanlar bir qayda olaraq ya zəif üzürlər, ya içkili olurlar, ya da üzmək üçün yararsız yerdə suya baş vururlar. Faciənin nəticəsini isə ömrü boyu batanın yaxınları çəkirlər.


Batanlar bir qayda olaraq yeniyetmə və gənclərdir. Hər batan gənc sonradan ərə getməyən bir ismətli qız, anadan olmayan azı iki nəfər uşaq, ömrü boyu faciənin agrısını çəkən valideynlər, bacı-qardaşlar deməkdir.


Gənclər, su ilə zarafat etməyin. Gənclər, özünüzü qoruyun. Gənclər, siz bizim üçün qiymətlisiniz".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top