Braziliya həbsxanasında qiyam zamanı 50-dən çox dustaq ölüb

DÜNYA 29 iyl 2019, 23:16

Braziliyanın şimalında həbsxanada baş vermiş iğtişaş zamanı 50-dən çox dustaq ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “Globo” portalı Para ştatının penitensiar xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Altamira bələdiyyəsi həbsxanasında baş vermiş kütləvi iğtişaş iki kriminal qruplaşma arasında haqq-hesab davasından qaynaqlanıb. Ümumilikdə 52 nəfər öldürülüb, onlardan 16 nəfərinin başı kəsilib. Sonradan insidentin yarandığı məkanda yanğın meydana gəlib ki, nəticədə bəzi dustaqlar tüstüdən boğularaq ölüb.

Məlumata görə, hadisə səhər saatlarından başlayıb, günortaya qədər davam edib. Qiyam qaldıran dustaqlar iki nəzarətçini də girov götürüb, ancaq sonradan azad ediliblər.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top