"Ağdam bandası"nın başçısına hökm oxundu

KRİMİNAL 29 iyl 2019, 22:20

Qətldə təqsirləndirilən Murad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

Bakupost.az-ın məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən M.Məmmədovun 14 il müddətinə azadlıqdan məhrum edilib

 

Qeyd edək ki, M.Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adamödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə də ittiham olunur.

 

O, 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

 

"İnterpol”un saytında da axtarışda olduğu qeyd olunan M.Məmmədov Ağdam rayonunun Salahlı kəndində anadan olub.

 

Rusiya mətbuatında yazılanlara görə, M.Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 


"Ağdam bandası”nın başçısı M.Məmmədovun rəhbərlik etdiyi cinayətkar beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top