Rusiyanın Baş Qərargahı: "ABŞ Suriyadakı neft yataqlarını talan edir"

DÜNYA 29 iyl 2019, 19:23

ABŞ şirkətləri Suriyadakı Fərat çayının şərqində yerləşən Konako, Əl Ömər, Tənək yataqlarından neftin hasilatını və satışını həyata keçirir.

 

RİA “Novosti” xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

 

“Suriya neftinin sərhədlər üzərindən qanunsuz daşımalar şəbəkəsi fəaliyyət göstərir. Əslində Suriyanın təbii sərvətləri talan edilir”, - deyən S.Rudskoy ABŞ qurumları tərəfindən hazırlanan təxribatçı dəstələrin neft-qaz infrastrukturu obyektlərini dağıtmaq, terror hücumları törətmək məqsədilə Ət Tənf bölgəsinə helikopterlərlə aparıldığını qeyd edib.

 

“Belə dəstələr Əs Süveydə, Palmira, Əbu Kamal yaşayış məntəqələri yaxınlığında müşahidə olunub” – deyən rusiyalı rəsmi ABŞ özəl şirkətlərinin bu fəaliyyətlərinin beynəlxalq antiterror koalisiyanın döyüş təyyarələri tərəfindən havadan himayə olunduğunu diqqətə çatdırıb: “Əslində bu məsələ amerikalıların İŞİD-in əlindən aldıqları qaçaqmalçı biznesdir. Suriyanın şimal-şərqindəki neft yataqlarında amerikalı muzdlu döyüşçülərin sayı 3,5 min nəfərə çatıb".(Report)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top