Böyrəkləri sıradan çıxaran vərdişlər haqqında BİLMƏDİKLƏRİNİZ

MARAQLI 29 iyl 2019, 09:14

Hansı xətalar böyrəklərə zərər verir? Hansı vərdişlərimiz böyrəkləri sıradan çıxarır?


Demokrat.az bu yazıda oxucuları böyrəklərin sağlamlığına zərər verən amillərlə tanış edir.


Dehidrasiya (bədənin həddən artıq su itirməsi)


Bu zaman böyrək funksiyasını dayandırır. Yadda saxlayın ki, böyrəklər normal fəalliyyəti üçün suya ehtiyac duyur. Odur ki, gündə, təxminən, 8 stəkan su içmək lazımdır.


Bədənin suya ehtiyacı olub-olmadığını anlamaq üçün sidiyin rənginə baxmalısınız. Sağlam sidik rəngi açıq sarıdır. Tündləşən sidik rəngi isə bir çox xəstəliklərin əlaməti ola bilər. Sidik tünd sarıdırsa, demək, lazımi qədər maye qəbul etmirisiniz.


Siqaret


Siqaret çəkilməsi nəticəsində qan damarlarının daralması və sərtləşməsi böyrəklər də daxil olmaqla bütün bədən orqanlarının qan dövranına mənfi təsir edir.


Həddən artıq spirtli içki qəbulu qandakı urik turşu səviyyəsini artırır. Böyrəklərdə boruların zəifləməsinə və daş əmələ gəlməsinə səbəb olur.


Dərmanlar


Xüsusilə, ağrıkəsici böyrəklərə zərər verə biləcək fəsadlara yol aça bilər. Digər tərəfdən, qan təzyiqi və şəkər müalicəsində yazılan bəzi dərmanlar düzgün dozada və doğru şəkildə istifadə edilməlidir. Əks halda, bu, böyrək çatışmazlığına səbəb ola bilər.


B6 vitamini çatışmazlığı


Merilend Universitetində aparılan araşdırmada məlum olub ki, B6 vitamini çatışmazlığı böyrək daşı riskini artırır. Bu vitamin günəbaxan tumu, püstə, noxud, balıq və nişastalı tərəvəzlərdə olur. (publika.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top