Avropa İttifaqı Moskvada aksiya zamanı saxlanılanlarla bağlı bəyanat yaydı

DÜNYA 28 iyl 2019, 20:50

Avropa İttifaqı, 27 iyul Rusiyanın paytaxtı Moskvanın mərkəzində keçirilən razılaşdırılmamış aksiya zamanı etirazçılarının saxlanılmasını “söz və yığıncaq azadlığının pozuntusu” kimi dəyələndirdi.

“Report” Rusiya KİV-nə istinadla xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiçin bəyanatında deyilir.

“Biz gözləyirik ki, Rusiya Federasiyasının hakimiyyəti qarşıdakı yerli seçkilərin (2019-cu ilin sentyabrında) keçirilməsi vaxtı ATƏT və başqa beynəlxalq qurumlar qarşısındakı öhdəliklərinə hörmətlə yanaşacaq”, – bəyanatda deyilir.

Daha əvvəl RF Daxili İşlər Nazirliyində bildirdilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1000-dən çox insan saxladılar.

Həmçinin bildirildi ki, razılaşdırılmamış aksiyada 3,5 min insan iştirak edib, həmçinin təxminən 700 nəfər KİV-nin əməkdaşı və blogerlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top