İt məhkəmədə şahidlik etdi

MARAQLI 28 iyl 2019, 15:12

Kosta Rikada "Campeon” adlı it məhkəmədə şahidlik edib.

 

İki yaşlı it hələ 6 aylıq ikən onunla pis rəftar edən köhnə sahibinin günahını sübuta yetirmək üçün məhkəməyə qatılıb. Prosesin ilk günündə "Campeon"un ona qarşı pis münasibət göstərən şəxsə qarşı reaksiyası analiz edilib.
 

"Campeon" il yarım əvvəl sahibindən xilas edilib. Həmin şəxsin itlə pis rəftar etdiyi, kifayət qədər qida vermədiyi güman edilir. Əgər köhnə sahibə qarşı ittihamlar sübut edilsə, onu həbs cəzası gözləyir. Kosta Rika qaydalarına görə, heyvanları öldürmək 3-6 il, zərər vermək 6 ay-2 il, zorakılıq etmək 20-50 gün həbslə cəzalandırılır. (Qaynarinfo)

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top