“Sarı zolaq” qadağası ləğv olundu

SOSİAL 28 iyl 2019, 12:32

“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalın ilə əlaqədar, paytaxtın bəzi küçə və prospektlərində sarı rəngli “olimpiya zolaqları” kimi tanınan avtomobil zolaqları üzrə məhdudiyyət aradan qaldırılıb.

 

Bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, paytaxtın bəzi küçə və prospektlərində sarı zolaqlar üzrə bütün nəqliyyat vasitələri üçün olan məhdudiyyət aradan qaldırılıb:

 

“Olimpiya Festivalı ilə əlaqədar tətbiq edilən məhdudiyyət iyulun 27-si gecə saat 24:00-dan etibarən aradan qaldırılıb. Artıq bütün növ nəqliyyat vasitələri bu zolaqlar üzrə sərbəst və fasiləsiz hərəkət edə bilər. Təbii ki, ara məsafəni, sürət həddini gözləmək şərtilə”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top