Azərbaycanda yalançı yol polisi maşınları peyda oldu - FOTOLAR

SOSİAL 27 iyl 2019, 23:19

Bu gündən başlayaraq Azərbaycanın bir sıra magistral yollarında yol polisi maşınlarının maketləri quraşdırılıb.

 

Artıq bir çox yollara bu maketlərdən qoyulub və bununla sürücülər aldadılaraq sürət həddini aşmamağa məcbur edilir.

 

Hazırda həmin maketlərin Kürdəmir rayonu ərazisində quraşdırılması işi aparılır. Bu haqda saytımıza xəbər verən hadisə şahidləri bildiriblər ki, hətta gecələr bu “maşınların” üstündə  sayrışan işıqlar olacaq.

 

Yol polisi rəhbərliyinin belə bir addım atmasına səbəb isə sürücüləri qarşıda yol polisi olduğu mesajı ilə aldadaraq onları qayda pozmaqdan çəkindirməkdir. (“Yeni Sabah”)

 

Aziza Ismailova adlı şəxsin şəkli.

 

Aziza Ismailova adlı şəxsin şəkli.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top