Bəşər Əsəddən Türkiyə və ABŞ-a XƏBƏRDARLIQ

SİYASƏT 27 iyl 2019, 17:19

Sərhədlərində artan terror təhlükəsinə qarşı lazım gəldiyində ABŞ-a belə etiraz edən Türkiyəyə Əsəd rejimindən xəbərdarlıq gəlib.


Demokrat.az xəbər verir ki, Əsəd rejimi Türkiyə ilə ABŞ arasında “təhlükəsiz zona” mövzusunda bütün müzakirələrə qapalı olduqlarını açıqlayıb.


Ölkəsində sırf müxalif yönümlü olduğu üçün insanların qətlinə fərman verən və ərazilərində terror təşkilatlarının baş alıb getdiyi Suriya hökuməti Türkiyə və ABŞ-ı ölkədə gərgin vəziyyəti uzatmaqda ittiham edib.


Suriya Xarici İşlər Nazirliyində səlahiyyətli şəxslərdən biri Suriyanın rəsmi xəbər agentliyi olan “SANA”-ya bu barədə açıqlama verib.


“Suriya ölkənin daxili işlərini hədəf alan ABŞ-ın böhranı uzatma və daha da qarışıq hala gəlməsi məqsədi ilə etdiyi müdaxilələri qınayır” – deyə açıqlamada bildirilib.


Səlahiyyətli şəxs Türkiyə və ABŞ-la heç bir razılığa gəlməyəcəklərini bildirərək, bunun həm də beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.


“SANA”-ya açıqlama verən səlahiyyətli şəxs “Türkiyənin beynəlxalq təhlükəsizlik adı altında Suriyaya hücumlar təşkil etdiyini” söyləyərək çirkin ittiham da irəli sürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top