​Ukrayna Rusiyaya məxsus tankeri saxladı

DÜNYA 25 iyl 2019, 23:47

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiyaya məxsus NEYMA tankerini saxlayıb.

 

Demokrat.az uxalifet.az xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində məlumat yayılıb.


Qeyd olunur ki, tanker Kerç boğazında Ukrayna gəmilərinin hərəkətinə maneçilik törətdiyi üçün saxlanılıb. “Beynəlxalq dəniz hüququ normalarına zidd olaraq, RF FTX sərhəd qoşunlarının hərbçiləri qanunsuz şəkildə, silahdan istifadə etməklə Ukraynanın hərbi gəmilərinin Kerç boğazındakı hərəkətinə NEYMA tankeri ilə mane olublar”, - məlumatda deyilir.
UTX-nin məlumatına görə, hazırda həbs üçün vəsatət hazırlanır. Xidmətdə onu da bildiriblər ki, bu cür hərəkətlər nəticəsində 2018-ci ilin noyabr ayında Ukraynanın hərbi gəmiləri və 24 dənizçi saxlanılmışdı.


Məlumata əsasən, Rusiyanın bayrağı altında üzən tanker iyulun 24-də İzmail limanına daxil olub. UTX-dən bildirildiyinə görə, NEYMA gəmisinin adı dəyişdirilərək NIKA SPIRIT qoyulub ki, “onun Kerç boğazında baş verənlərə aidiyyatı bəlli olmasın”. Tankerdə axtarış aparılıb, heyət üzvlərinin ifadəsi alınıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top