“İranla da viza ləğv olunsun!” - Deputat

SOSİAL 25 iyl 2019, 20:19

Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə ilə viza rejiminin aradan qaldırılmasını alqışladığını bildirib.


Demokrat.az  xəbər verir ki, partiyanın mətbuat xidmətinə açıqlamasında BAXCP sədri öz ana yurdlarında bir sıra ölkələrlə də viza rejiminin ləğv ediləcəyinə ümid bəslədiyini deyib: 

 

“Ümid edirəm ki, tezliklə öz ana yurdlarında yaşayan 30 milyondan çox soydaşımızın vətəndaşı olduğu İranla, yaşayış standartları bizdən çox üstün olan Avropa İttifaqı, ABŞ, Kanada, İsrail, Cənubi Koreya, Yaponiya və s. bu kimi ölkələrlə də viza rejimi aradan qaldırılacaq. 

 

Bu isə öz növbəsində ölkəmizin tanıdılmasına və turizmin inkişafına öz töhfəsini verəcək. Qoy, hər bir xarici ölkə vətəndaşı asanlıqla gəlib bizim çoxmədəniyyətli, dözümlü, müasir və dünyəvi bir ölkə olduğumuzu görsün. Bununla biz həm də ermənilərin “azərbaycanlılarla birlikdə yaşamaq mümkün deyil” kimi iddialarını alt-üst etmiş olarıq”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top