“Jara“ Musiqi Festivalı başlayır - VİDEO

ŞOU-BİZNES 25 iyl 2019, 19:36

BNA festival üçün xüsusi xətt üzrə marşrutlar təşkil edib


Jara musiqi festivalının başlaması ilə əlaqədar olaraq BNA ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin daha rahat və təhlükəsiz təşkili, eyni zamanda əhalinin, şəhərimizə gələn qonaqların tədbir keçiriləcəyi məkana gedərkən mütəlif nəqliyyat vasitələrindən istifadə etməmələri üçün ekspres marşrut xətti təşkil ediləcək.

 

Demokrat.az xəbər verir ki, BNA-nın mətbuat katibi Mais Ağayev REAL-a müsahibəsində bildirdi ki, Jara Musiqi Festivalı üçün ayrılan ekspres xətt üzrə hərəkətdə olan marşrutlar iyul 28-dək xidmət göstərəcək.

 

Ekspres xətt üzrə avtobuslar saat 16:00-dan fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək. Qeyd edək ki,daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top