Azərbaycanda əhalinin leqal təhsil xərcləri artıb

SOSİAL 25 iyl 2019, 18:14

2018-ci ildə Azərbaycan əhalisi təhsilə 680 mln. manata yaxın (400 mln. dollar) pul xərcləyib, bu da əvvəlki ildən 8,2 faiz çoxdur.


Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olumnur. 


Ancaq bu yalnız təhsil sahəsində leqal vəsait dövriyyəsidir və ölkədən kənarda təhsil xərcləri nəzərə alınmır.


Pullu təhsil kursları ötən il 354,5 mln. manat qazanıb. Bu da 2017-ci ilin göstəricisindən 9% çoxdur. 


Ümumi pullu təhsil və ali təhsil əhaliyə bir il ərzində 290,5 mln. manata (+12%) başa gəlib. Məktəbəqədər təhsil müəssisələrində bir ildə 34,6 mln. manat (+10,2%) qazanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top