Prezidentdən Ağcabədi sakinlərini sevindirəcək SƏRƏNCAM

SOSİAL 25 iyl 2019, 16:30

Prezident İlham Əliyev iyulun 25-də Ağcabədi rayonunun Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top