Elçin Quliyev Ermənistanla sərhədə gəldi - FOTOLAR

SİYASƏT 25 iyl 2019, 11:14

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti döyüş fəaliyyətini yoxlayıb.

 

DSX-dan daxil olan məlumata görə, E.Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib.

 

General-polkovnik dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top