Eynulla Fətullayevin redaksiyalarında vergi yoxlamaları başladı — EKSKLÜZİV

HADİSƏ 24 iyl 2019, 14:08

Vergilər Nazirliyinin əməkdaşları "Haqqin.az" və "Virtualaz.org" xəbər saytlarının redaksiyasında yoxlamalara başlayıb.


Bu barədə Demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub. 


Məlumata görə, jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu sözügedən redaksiyalarda vergidən yayınma halları baş verib. 


Məsələ ilə bağlı sözügedən saytların rəhbəri Eynulla Fətullayevlə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verən olmayıb. 

 

Məsələni diqqətdə saxlamışıq, oxuculara əlavə məlumat veriləcək.

 

15:01

 

Eynulla Fətullayev haqqın.az və virtualaz.org saytı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.


O, "Qafqazinfo"ya açıqlamasında saytlarda texniki problemlərin yarandığını və artıq məsələnin həll olunduğunu qeyd edib:


"İki gün öncə, "Facebook" və "Watsapp"da ciddi problemlər yaşanmışdı. Təxminən 2 gün ərzində qlobal resurslar işləmirdi. Bu o deməkdir ki, Mark Zukerbeqi yenidən Senata çağırıblar? Bu cür şayiələr yayan bəzi mətbuat və resurslara demək istəyirəm ki, ona görə də çox zaman "jurnalistlərin" qatıldığı ziyafətlərdə iştirak etmirəm. Çünki özümü onlarla bir sırada görmürəm... Peşəkar deyilsiz anladım, heç olmasa ciddi olun".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top