“Azəravtoyol”dan dirəkli yolun asfatlanması ilə bağlı AÇIQLAMA

SOSİAL 24 iyl 2019, 13:50

Xəbər verdiyimiz kimi, dünən Şəki rayonu Üzümçülük kəndinə aid sosial şəbəkələrdə şəkil yayımlanıb. 


Bu şəkildə yenicə asfaltlanmış yolun ortasında basdırılmış elektrik dirəkləri əks olunub. Şəkilin nə qədər həqiqəti əks etdirməsi ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli açıqlama verib. O bildirib ki, Azərbaycanda belə bir yol ümumiliyyətlə mövcud deyil.

 

“Belə bir şey yoxdur. Ümumiliyyətlə, şəkil Rusiyada çəkilib, ora aiddir. Bu şəkil sosial şəbəkələrdə mövcud olan, Şəkiyə aid bir səhifəyə aiddir. 

 

Adı da “Region Şəki”dir. Onlar götürüb yayıblar. Əgər siz gedib o səhifəyə baş çəksəz, nəyə xidmət etdiyini görərsiniz. Bu paylaşm qərəzli, böhran xarakterli bir paylaşımdır. 

 

Onlara rəsmi şəkildə dünən cavab verdik. Amma çox təəəsüflər olsun ki, bir çox saytlar bunu araşdırmadan paylaşıblar. Nə həmin kənddə, nə Şəki rayonu üzrə, nə də ümumiliyyətlə Azərbayacan üzrə belə bir yol yoxdur. 

 

Həmçinin bu kəndin sakinlərindən və yaxud bələdiyyəsindən bu barədə maraqlanmaq olar. Yəni o şəkil doğru deyil, yalandır.” (“Yeni Sabah”)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top