Nazirliyin əməkdaşı 10 min manat rüşvətə görə həbs olundu

KRİMİNAL 23 iyl 2019, 20:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı rüşvət almaqda ittiham edilir. Beyləqan şöbəsində vəzifə tutmuş Mehdi Abdullayev və Novruz Alkərəmov cinayət məsuliyyətinə cəlb olunub.


Nazirlik əməkdaşları məhkəmə qarşısına çıxarılıb. 10 min manat rüşvət almaqda ittiham olunan Mehdi Abdullayev hakimin suallarını cavablandırıb. Baş məsləhətçi işlədiyini deyən təqsirləndirilən şəxs rüşvət vermiş Teymur Aslanovu tanımadığını bildirib. Deyib ki, işi ilə əlaqədar çoxlu adamlarla görüşür: “Görəndə tanımadım. İlk dəfə istintaqda gördüm”.

 

Mehdi Abdullayevin fikrincə, cinayət işi quramadır, bunu xüsusi təşkil ediblər. Teymur Aslanovdan torpaq sahəsi ayrılması üçün 10 min manat almadığını söyləyib. “Ona şəklimi göstərib deyiblər ki, bu adamdan şikayət elə. O da eləyib”, – təqsirləndirilən belə deyib.

 

Mehdi Abdullayev hakimin bir çox suallarına dəqiq, dolğun cavab verə bilməyib. Hakim deyib ki, Teymur Aslanov yük maşını sürücüsüdür, onun təqsirləndirilənə qarşı qərəzli davranışı məntiqli görünmür. Çünki nazirliklə bağlılığı yoxdur, Abdullayevi dayandığı yerdə şərləmək istəməsi inandırıcı səslənmir.

 

Mehdi Abdulayevə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham irəli sürülüb. (Bizimyol.info)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top