AzTV-nin yeni rəhbəri KİVDF-nin Mətbuat Günü ilə bağlı tədbirinə qatılmadı — Dəvət göndərilsə də!

HADİSƏ 23 iyl 2019, 11:22

Ötən gün axşam "Altun" şadlıq sarayında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə rəsmi mərasim təşkil olunub. 


Demokrat.az-ın məlumatına görə, mərasimdə Mətbuat Şurasının üzvü olan KİV rəhbərləri və Azərbaycanda fəaliyyət göstərən televiziya və radio rəhbərləri iştirak ediblər. 


Sözügedən mərasimdə iştirak etmək üçün KİVDF rəhbərliyi adından "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədova və AzTV-nin sədr müavini Elsevər Dünyamalıyevə də dəvətnamə göndərilib. Elsevər Dünyamalıyev tədbirdə iştirak etsə də, ancaq Rövşən Məmmədov həmin mərasimə qatılmayıb. 

 

Image result for Vüqar səfərli KİVDF

 

Məsələ ilə bağlı AzTV-nin mətbuat xidmətinə sorğu göndərsək də, hələlik cavab ala bilməmişik.


Elçin Rizvanoğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top