Prezidentin 1 milyondan hansı qəzetlərə çatacaq? — SİYAHI

GÜNDƏM 22 iyl 2019, 20:32

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün  2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.

 
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Ancaq həmin vəsaitin hansı qəzetlərə çatacağı hələlik bəlli deyil. 


Bundan əvvəlki bölgüləri xatırlasaq, ədalətsiz pay bölgüsü olacağını düşünmək olar. Çünki ötən dəfə də həftəlik qəzetlərin hamısı, bəzi gündəlik qəzetlər bu vəsaitdən pay ala bilməmişdi. Yəni, ayrı-seçkilik edilmişdi ki, nəticədə KİVDF-nin xəttində olmayan hökumət qəzetlər başda olmaqla, fonddan maliyyələşə bəzi gündəlik qəzetlərə yardımdan pay düşdü. 


KİVDF rəhbərliyinin "xoşu" gəlməyən bəzi gündəlik, həftədə üç dəfə və həftədə bir dəfə çıxan qəzetlər isə bir milyon manatdan nə isə ala bilmədilər.  


Yəqin ki, ayrı-seçkiliyə bu dəfə son qoyular. Əgər qəzetlərə ayrılırsa, ayrı-seçkilik edilmədən bütün qəzetlərə verilməlidir. 


Nəzərə almaq lazımdır ki, həftəlik qəzetlərə daha az gəliri var və problemləri daha çox olur. Ayrılan bir milyon manatdan onlara da pay verilməlidir.


Həftədə üç dəfə dərc olunan qəzetlərə isə ayda 10 min manat vəsait ayrılır. Onlar aşağıdakılardır:


"Həftə içi” qəzeti

"Novoye Vremya” qəzeti

"Azernews” qəzeti

"525-ci qəzet”

"Xalq Cəbhəsi” qəzeti

"Paralel” qəzeti

"Hürriyyət"

"Olaylar” qəzeti

"Palitra” qəzeti

"Ədalət” qəzeti

"Üç nöqtə” qəzeti

"Azad Azərbaycan” qəzeti

"Şərq” qəzeti


KİVDF-nin xəttində olan həftəlik qəzetlər aşağıdakılardır. Bu qəzetlərə isə ayda 5 min manat pul ayrılır. 


"Oxu məni” qəzeti

"Unikal" qəzeti

“Hərbi And” qəzeti

"Türküstan" qəzeti

"The Business Times” qəzeti.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top