Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı, hərəkət iflic oldu – FOTO

SOSİAL 22 iyl 2019, 14:27

Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.

 

Demokrat.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

 

Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi istiqamətində yolu bağlayıblar.

 

Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.

 

Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.

 

Hadisə ilə əlaqədar yasama rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.

 

Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonra vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.

 

Hadisənin görüntülərini təqdim edirik. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top