Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru öldü

DÜNYA 22 iyl 2019, 13:42

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano vəfat edib.

 

 "Reuters"in xəbərinə görə, 72 yaşlı diplomat BEAE-yə 2009-cu ilin dekabr ayından rəhbərlik edirdi.

 

O, 2017-ci ilin sentyabrında üçüncü dördillik müddətə təsdiqlənərək 30 noyabr 2021-ci il tarixinədək BEAE baş direktoru vəzifəsini icra edirdi.

 

Qurumun mətbuat xidməti məlumatı təsdiqləyib. 


 
Baş direktor 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətində olduğunu açıqlamışdı.(bakupost)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top