Bu yerlərdə işıq fasilələrlə veriləcək

SOSİAL 22 iyl 2019, 09:21

Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

 

Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

 

"Azərişıq" yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top