UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimələdi

İDMAN 21 iyl 2019, 20:24
İstanbulun "Fənərbaxça" futbol klubu gəlirlərin xərcləri üstələməsi qaydalarına riayət etmədiyinə görə, UEFA tərəfindən 2 milyon avro məbləğində cərimə olunub. Cəriməyə Klubların maliyyə vəziyyətlərinə nəzarət üzrə Məhkəmə Palatasının (CFCB) İstanbul klubunun 2018-ci ilin hesabat dövründə ziyansızlıq göstəricisi hədəfini yerinə yetirmədiyini müəyyən etməsi səbəb olub. Bundan əlavə qurum müsbət maliyyə balansı olmayacağı təqdirdə "Fənərbaxça"nın 2020/21 və 2021/22-ci illər mövsümündə UEFA klub turnirlərində yeni oyunçuların qeydiyyatı məhdudlaşdırılacaq. Eyni zamanda kluba yuxarıda göstərilən mövsümlərdə turnirlərdə 23-dən çox futbolçu qeydiyyata almaq məhdudiyyəti şamil ediləcək.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top