Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini Minskdə müzakirə ediblər

Belarusun xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

 

"Belta"-nın məlumatına əsasən, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdikləri səylər və münaqişə zonasında vəziyyət barədə naziri məlumatlandırıblar. 

 

Görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyəti, eləcə də Belarusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mümkün töhfəsi müzakirə olunub.

 

ATƏT-in Minsk qrupunun həməsdrləri səfər çərçivəsində həmçinin Belarusun xarici işlər nazirinin müavini Oleq Kravçenko ilə görüşüblər. (Ordu.az )

 

Demokrat.Az

27 İyun 2018, 16:06   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß