Paşinyanın etirafı: "Azərbaycan Naxçıvanda bəzi irəliləyişlərə nail olub"

"Azərbaycan Ordusu Naxçıvan istiqamətindəki mövqelərdə bəzi irəliləyişlərə nail olub". 

 

Demokrat.Az Ordu.az istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində birbaşa canlı yayımda bildirib.

İstifadəçilərdən biri sual verir: "Məlumata görə, rəqibimiz, Areni kəndi istiqamətində əhəmiyyətli dərəcədə irəliləyişə nail olub, əlverişli zirvəni tutub, bunun nəticəsində mövqelərimiz üzərində ciddi üstünlüklərə nail olub və Areni kəndini müşahidə edir."

Buna cavab olaraq, Nikol Paşinyan ilkin olaraq ordumuzun irəliləməsini inkar etsə də, daha sonra bunu etiraf edib. 

"Orada əhəmiyyətli zirvənin ələ keçirilməsi baş verməyib. İndi Azərbaycanın hakim olduğu ərazilər, həmişə Azərbaycanın nəzarətində olub. Bu mənada heç bir şey dəyişməyib. Mövqelərin müəyyən yerdəyişməsi olub. Azərbaycan İrəvan-Laçın avtomobil yolunun hədəf alındığını elan edirsə, qeyd etməliyəm ki, 1992-93-cü illərdən bu yol nəzarət altındadır. Bu baxımdan heç bir dəyişiklik baş verməyib. Onlar Naxçıvan istiqamətindəki mövqelərdə bəzi irəliləyişlərə nail olublar. Bu halda, bəzi ərazilərin itirilməsi ilə bağlı danışmaq absurddur. Bir atəş olmadan ərazi itirməyi necə təsəvvür edirsiniz? Bu mümkün deyil", - deyə Paşinyan öz professional "hərbçi" baxışını ortaya qoyub.

27 İyun 2018, 13:55   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß