"Fəzail Ağamalı heç bir təmənnaya sığan kişi deyil" — Deputat Mübariz Mənsimovla çəkilən fotosundan DANIŞDI

GÜNDƏM 20 iyl 2019, 18:28

Milli Məclisin deputatı Fəzail Ağamalı azərbaycanlı iş adamı Mübariz Mənsimovla Türkiyədə bir yerdə çəkilən fotosundan danışıb. 


Deputat Demokrat.az-a açıqlamasında sözügedən fotonun oteldə deyil, restoranda çəkildiyini bildirib:


"O foto restoranda çəkilib. Biz bir yerdə yemək yemişik. Mənim Mübariz Mənsimovla bir yerdə oturub yemək yeməyim və foto çəkdirməyim nə vaxtdan böyük hadisə olub ki, sosial şəbəkələrdə bu qədər müzakirə olunur? Axı burada nə var? Mənim kimsənin puluna ehtiyacım yoxdur. Fəzail Ağamalının öz problemlərini həll etməyə kifayət qədər imkanı və hörməti var. Mən kiminləsə oturub-dururamsa və çörək yeyirəmsə, hər kəs bunun arxasında hər hansı təmənna axtarmasın? Hamı bunu öz arşını ilə ölçməsin? Fəzail Ağamalı heç bir təmənnaya sığan kişi deyil".

 


Xatırladaq ki, "Palmali" Holdinqin prezidenti Mübariz Mənsimovun Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ilə bir yerdə çəkdirdiyi fotosunu paylaşması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top