Mehriban Əliyeva məşhur xalq artistinin mənzilini təmir etdirir

HADİSƏ 20 iyl 2019, 17:37

Bu gün xalq artisti, aktyor-rejissor Ramiz Əzizbəylinin doğum günüdür.


Demokrat.az ölkə.az-a istinadən xəbər verir ki, çoxsaylı təbriklər aldığını bildirən Xalq artisti hər kəsdən razılığını ifadə edib. 


Əzizbəyli bir özəl xəbəri də bölüşüb. Onun sözlərinə görə, birinci vitse-prezident Mehriban Əliyeva onun mənzilini təmir etdirir:


"İndi müvəqqəti mənzillə təmin edilmişəm, öz mənzilimizdə təmir gedir. Təmiri Mehriban Əliyeva etdirir. Ona dərin təşəkkürümü bildirirəm".


Qeyd edək ki, R.Əzizbəyli 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 2008-ci ildə isə  xalq artisti fəxri adlarına layiq görülüb. Ötən ilin avqust ayının 1-də isə "Şöhrət" ordeni ilə təltif edilib. Sənətkara rejissoru olduğu "Bəxt üzüyü" filmi böyük şöhrət qazandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top