Prezidentdən idmançılara və məşqçilərə mükafat — 50 min manat

Prezident İlham Əliyev İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.


Demokrat.az-ın məlumatına görə sərəncamda qeyd edilir ki, İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:


birinci yeri tutan hər bir idmançı - 50 min manat, onun şəxsi məşqçisi - 25 min manat;


ikinci yeri tutan hər bir idmançı - 30 min manat, onun şəxsi məşqçisi - 15 min manat;


üçüncü yeri tutan hər bir idmançı - 20 min manat, onun şəxsi məşqçisi - 10 min manat;


komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).


Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

20 İyul 2019, 17:22   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß