Bakıda istirahət mərkəzində kütləvi dava düşdü

HADİSƏ 20 iyl 2019, 09:59

Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.


Demokrat.az APA-ya istinadla xəbər verir ki, bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.


Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.


Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top