Universitetdə partlayış — Onlarla tələbə öldü, çox sayda yaralı var (VİDEO)

DÜNYA 19 iyl 2019, 15:50

Əfqanıstanda Kabil universitetinin qarşısında terror aktı törədilib.


Demokrat.az xarici KİV-lərə istinadən xəbər verir ki, əraziyə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 20 nəfər həyatını itirib. 40-a qədər yaralı var.


Onların əksəriyyətinin tələbə olduğu güman edilir. 


Məlumata görə, partlayış gənclərin imtahana girmək üçün təhsil ocağının qarşısına toplaşdığı vaxt baş verib. 


Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top