Bakıda 426 manata sirkə satılır - FOTO

SOSİAL 18 iyl 2019, 19:22

Bakıda inanılmaz qiymətə sirkə satılır.

 

Demokrat.az baku.ws-ə istinadən  xəbər verir ki, maksimum 5 manata əldə etməyə adət etdiyimiz sirkənin bir şüşəsi 426 AZN-dir.

 

Qiymətin baha olmasına səbəb məhsulun dünya şöhrətli "Giuseppe Giusti" brendinə məxsus olmasıdır. 

 

Sözügedən italiya brendi 1605-ci ildə yaradılıb. 

 

Alıcılar bu sirkələrə "Bravo" supermarketində rast gəliblər. Sirkənin üzərindəki qiyməti görənlər əvvəlcə gözlərinə inanmaq istəməyiblər.

 

Satıcı qiymətin səhv olmadığını bildirdikdən sonra satıcılar bir şüşə sirkənin 426 manat olması ilə razılaşıblar. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top