Abşeron rayonunda suyun verilməsi nə vaxt bərpa olunacaq? — “Azərsu“dan AÇIQLAMA

SOSİAL 18 iyl 2019, 14:22

Abşeron rayonunun bəzi ərazilərində içməli suyun verilməsində müşahidə edilən məhdudiyyətlər bir neçə saat ərzində aradan qaldırılacaq.


“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Demokrat.az-a verdiyi məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar ASC-nin əməkdaşları gecəboyu işləyiblər, işlər hazırda da davam edir: 


“Bir neçə saatdan sonra işlər yekunlaşacaq və suyun verilməsi bərpa olunacaq”.


Qeyd edək ki, yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar artıq bir neçə gündür Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər var. /APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top