Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - 5 nəfər yaralandı (ADLAR)

HADİSƏ 18 iyl 2019, 11:02

Türkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib.

 

Hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib. Turistləri daşıyan avtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb.


Avtobusun dərəyə aşması nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova.

 

Hadisə yerinə cəlb olunan təcili yardım briqadası xəsarət alan şəxsləri xəstəxanaya çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu deyilir. (Trend)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top