Ərəb turistlər Bakıda qəzaya düşdü - Yaralılar var

HADİSƏ 18 iyl 2019, 09:05

Bu gecə Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

 

Demokrat.az xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilib ki, səhərə yaxın, saat təxminən 4 radələrində “Gənclik” stansiyasının yaxınlığında, “Peugeot” markalı taksi ilə ilə “Niva” markalı maşın toqquşub.

 

Qəza zamanı hər iki maşında xəsarət alanlar olub. Lakin “Niva” markalı maşının sürücüsü ağır yaralandığı üçün xəstəxanaya aparılıb.

 

Həmçinin bildirilib ki, avtomobildə ərəb turistlər də olublar. Onların da yüngün xəsarət aldıqları bildirilib. Faktla bağlı araşdırma aparılır.(Baku.ws)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top