"Qarabağ"ın 2-ci rəqibi müəyyənləşdi

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

 

Demokrat.az xəbər verir ki, Ağdam klubu növbəti mərhələdə İrlandiya çempionu “Dandalk”la qarşılaşacaq.


 
Sözügedən komanda 1-ci təsnifat mərhələsində Latviyanın “Riqa” klubu ilə dueldən qalib ayrılıb. 


 
İrlandiyada baş tutan ilk oyunda qapılara qol vurulmamışdı. Bu gün Riqada keçirilən cavab görüşünün də əsas vaxtı qolsuz yekunlaşıb. Tərəflər əlavə yarım saatda da sükutu poza bilməyincə, qalibin müəyyənləşdirilməsi üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Dandalk” 2-ci təsnifat mərhələsində oynamaq hüququ qazanıb – 5:4.


 
Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab qarşılaşmaları isə ayın 30-31-də baş tutacaq. Matçların dəqiq tarixi isə qarşıdakı günlərdə müəyyənləşəcək. Püşkə əsasən, “Qarabağ” bu mərhələdəki ilk matçını da səfərdə, cavab oyununu Bakıda keçirməlidi. (Matc.az)

 

17 İyul 2019, 23:26   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß