"Qarabağ" ÇL-də növbəti mərhələyə yüksəldi

İDMAN 17 iyl 2019, 22:51

"Qarabağ" Çempionlar Liqasında növbəti mərhələsinə yüksəlib.

 

Demokrat.az xəbər verir ki, Albaniya çempionu "Partizani" ilə cavab görüşünə çıxan ağdamlılar rəqibini 2:0 hesabı ilə məğlub edib. İlk hissəsi bərabərə bitən matçın növbəti 45 dəqiqəsi Azərbaycan çempionu üçün uğurlu alınıb. Belə ki, 51-ci dəqiqədə Filip Ozobiç başla hesabı açıb. Oyuna əlavə vaxtda daxil olan Dani Kintana cəmi bir neçə saniyə sonra "Qarabağ" azarkeşlərinə sevinc yaşadıb. Rəqib qapıçı ilə təkbətək qalan ispaniyalı şansını qaçırmayıb (2:0).

 

"Qarabağ" bu qələbədən sonra turnirin II təsnifat mərhələsinə yüksəlməyi bacarıb. 

 

 

Çempionlar Liqası


I təsnifat mərhələsi, cavab oyunu


17 iyul

 

“Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) 2:0
Qol: F.Ozobiç, 51. D.Kintana, 90+4.
Hakimlər: Dumitri Muntean, Vlad Lifçiu, Andrey Bodean, Aleksandru Tean (hamısı Moldova)
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)
UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0

 

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Emreli, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov

 

Partizani: 12. Alban Hoca (k), 2. Eqzon Belitsa, 7. Erald Çinari, 9. Teofilus Solomon, 10. Yasir Asani, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Labinot İbrahimi, 23. Ersin Hakay, 26. Villiam Kordeyro, 33. Eneo Bitri.
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broxa, 19. Lorens Traşi, 38. Kristi Kote, 66. Yozef Ekuban, 90. Emmanuel Mensah, 99. Brayan Braun.
Baş məşqçi: Franko Lerda.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top