Vahid Mustafayevin "Galenvagen"i qırmızı işıqdan keçib kameraya düşdü — VİDEO

HADİSƏ 17 iyl 2019, 15:40

ANS-in prezidenti Vahid Mustafayevin avtomobili ilə kobud qaydasına yol verilib. Avtosfer.az xəbər verir ki, hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb. Belə ki, Balans MMC-yə məxsus olan və Vahid Mustafayevin idarə etdiyi 10 AS 660 dövlət nömrə nişanlı "Mercedes Galenvagen" markalı avtomobil svetoforun qırmızı işığında hərəkəti davam etdirib. 


Bununla da o, 60 manat 3 ballıq xətaya yol verib. Hadisə iyulun 16-da, saat 22.20 radələrində baş verib.


Qeyd edək ki, Vahid Mustafayev Azərbaycana "Galenvagen"i ilk gətirən şəxsdir və həmin avtomobili özü idarə edir. 


Videoda 99 XH 411 nömrə nişanlı avtomobilin də qırmızı işıqda hərəkət etdiyi əksini tapır.


Görüntüləri təqdim edirik (avtosfer.az):

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top