“Türkiyədə nüvə silahı var” — Senatordan SENSASİON İDDİA

DÜNYA 17 iyl 2019, 13:52

“Türkiyədə nüvə silahı var”.


Demokrat.az “AFP” agentliyinə istinadən xəbər verir ki, kanadalı senator Cozef Dey tərəfindən NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsi üçün hazırlanan hesabatda belə yazılıb.


Hesabatda qeyd edilib ki, ABŞ Avropanın 6 ölkəsinə nüvə silahı yerləşdirib. Onların arasında Türkiyə ilə yanaşı, Belçika, Almaniya, İtaliya və Hollandiya var.  Əksəriyyəti “B-61” növ nüvə silahlarından ibarət mərmilər hərbi hissələrə yerləşdirilib. Türkiyədə ABŞ-a məxsus nüvə silahları “İncirlik” hərbi hava bazasında saxlanılır.


İddialara görə, Avropa ölkələrində ABŞ nüvə silahlarının sayı 150 civarındadır. Lakin NATO rəsmiləri sənədin hərbi alyansa aid olmadığını irəli sürüb.


Heabat Belçikada etirazlara səbəb olub. Müxalifət hökumətdən açıqlama tələb edir. 

 

Image result for Senator Joseph A. Day


Qeyd edək ki, bu günə qədər NATO ölkələri olan ABŞ, Böyük Bitaniya və Fransada nüvə silahlarının olduğu məlum idi.(Redaktor.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top