Xəzəri hasarlayanlara qarşı böyük plan — VİDEO

HADİSƏ 17 iyl 2019, 12:18

Abşeronda sahil boyu uzanan hasarlarlar söküləcək.

 

Demokrat.az xəbər verir ki, bununla bağlı səslənən tələblər artıq ilkin nəticələrini göstırib. Belə ki, dünən yayılan xəbərə görə, dənizə hasar çəkənlərdən biri “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli külli miqdarda cərimələnib. 


Həmin cərimənin məbləğı açıqlanmasa da, qanunvericilikdə 50 min manat nəzərdə tutulub.


İctimai Televiziyanın problemlə bağlı hazırladığı materialda Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin əməkdaşı Bayram Həsənov bildirib ki, hasarların sökülməsilə bağlı sahibkarlara məlumatlar verilib.


“Yəqin ki, yaxın gələcəkdə kompleks işlər görüləcək. Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin və digər inzibati orqanların əməkdaşları da bu işdə iştirak edəcəklər”. 


Həmi videonu təqdim edirik (Yeni Sabah):

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top