Yol polisi avtoyuma məntəqələri ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edərək, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən ehtiyatlı olmağa çağırıb.

 

Demokrat.az bildirir ki, İdarənin məlumatında deyilir ki, avtomobil sahibləri təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən bir çox hallarda nəqliyyat vasitəsinin açarlarını da məntəqə işçilərinə verərək oranı tərk edirlər.


Bildirilib ki, belə hallar bəzən həmin məntəqələrdə çalışan və adətən, gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan bir sıra insanlara sahibi yanında olmayan nəqliyyat vasitələrindən qanunsuz istifadə etmək fürsəti yaradır:

 

“Müştərilərin etibarından sui-istifadə etməklə yanaşı, qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq, onlara həvalə edilmiş avtomobili qaçıraraq idarə edən belə gənclər tərəfindən bir sıra hallarda insanların həlak olması, yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri törədilir. Bununla yanaşı, bəzən xidmət göstərməli olduqları nəqliyyat vasitələrindən oğurluq edən, onlardan öz əmlakı kimi istifadə edən şəxslərə də rast gəlinir”.

 

Buna görə də Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə tövsiyə edir ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışsınlar, avtomobili təsadüfi deyil, tanıdıqları, məsuliyyətli, peşəkar insanlara etibar etsinlər. 

 

17 İyul 2019, 11:19   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß