Avtovağzalda 5 yaşlı uşağa tam bilet satan kassirlə bağlı ciddi ölçü götürüldü

SOSİAL 17 iyl 2019, 09:46

Bakı Beynəlxalq Avtovağzalı Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

 

Qurumun mətbuat katibi Pərvin Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, sərnişinə tam bilet satan kassirlə bağlı ciddi ölçü götürülüb. Sərnişindən ödədiyi artıq məbləği gəlib geri götürməsi xahiş edilib. 

 

“Əgər şikayət varsa və sərnişin haqlıdırsa, o məsələnin həllinə maksimum çalışırıq”, - deyə Məmmədova əlavə edib.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top